Ender Günlü
Association-football-player · 42 yaşında
Profil
| Yaş | 42 yaşında |
|---|---|
| Doğum tarixi | 9 may 1984 |
| Doğum yeri | Fransa |
| Peşə | Association-football-player |
| Zodiac sign | Taurus |
Ender Günlü — Tərcümeyi-hal
Endər Günlü — Fransada yaşayan türk əsilli yarımmüdafiəçi
1984-cü il təvəllüdlü Endər Lion "Olimpik"inin yetirməsidir.
Onun ilk peşəkar klubu İsveçrə çempionatının 2-ci dəstəsində mübarizə aparan "Etual" olub. 2003-2005-ci illərdə bu komandanın şərəfini qoruyan türk futbolçu sonra İspaniyaya üz tutub. O, bu ölkənin 2-ci dəstə təmsilçisi "Oruvela" komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. "Adanadəmirspor"a (2-ci dəstə) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşamağa vaxt tapıb. Belə ki, yarımmüdafiəçi 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan "Qafsa"nın heyətində çıxış edib. 2009-cu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində aşağı dəstə təmsilçisi "Rasing Ceneve"də top qovub.
Endər Günlü bundan sonra "Olimpik-Şüvəlan"ın formasını geyinəcək. Artıq onunla münasibətləri rəsmiləşdirən paytaxt təmsilçisi 2 il müddətində orta sahə oyunçusunun xidmətindən yararlanacaq.
Şərhlər (0)