Hilmi Yarayıcı

Hilmi Yarayıcı

Singer · 57 yaşında

Profil

Yaş57 yaşında
Doğum tarixi1 yanvar 1969
Doğum yeriAntakya
PeşəSinger, Politician
Zodiac signCapricorn

Hilmi Yarayıcı — Tərcümeyi-hal

Hilmi Yarayıcı (d. 5 fevral 1968, Antakya, Hatay) — ərəb ələvisi əsilli türk müəllim, musiqiçi və siyasətçi.

Ərəb əsilli bir ailədə dünyaya gəlmişdir. 1988–1995-ci illərdə Grup Yorum ilə çalışdı. Bu tarixdən sonra qrupdan ayrılsa da, konsert və albom işlərinə dəstək verdi. Grup Yorumun əfsanəvi solisti kimi tanınır. 1993-cü ildə İTÜ Türk Musiqisi Dövlət Konservatoriyasına daxil oldu. İTÜ Çoxsəsli Qərb Musiqisi xorunda yer aldı. Konservatoriyadan əvvəl və sonra opera müəllimlərindən vokal dərsləri aldı. Albom işlərindən əlavə "Seher Vakti" və "İlk Göz Ağrısı" adlı teleserialların, həmçinin "Aşk Yolu" adlı televiziya filminin musiqilərini hazırladı. Bundan başqa, baş rollarını Altan Erkekli, Göksel Arsoy və Nevra Serezlinin bölüşdüyü "Unutulmayanlar" adlı filmin musiqilərini bəstələmişdir. Kasımpaşa Çok Programlı Lisesində direktor müavini kimi çalışmış, lakin Türkiyədəki 2014-cü il yerli seçkilərində Beyoğlu bələdiyyə sədrliyinə namizədliyi səbəbindən 16 illik vəzifəsindən istefa vermişdir. Lakin namizəd göstərilməmişdir. 25-ci və 26-cı çağırış Hatay millət vəkilidir.

Şərhlər (0)