20 Dəqiqə (20 Dakika) (tərcümə)
20 Dakika, Ay Yapım imzalı, 2013-cü il yanvarın 1-i – iyunun 27-si tarixləri arasında Star TV-də yayımlanan aksiyon və dram janrında türk televiziya serialıdır. Ssenarisi, ABŞ istehsalı The Next Three Days filmindən Kerem Deren və Pınar Bulut tərəfindən uyğunlaşdırılmışdır. Serialda xoşbəxt bir evlilik sürən Ali və Melek Halaskar cütliyinin həyatı, Melekin bir qətllə ittiham olunaraq həbsə düşməsi ilə alt-üst olur; Ali, həyat yoldaşının günahsızlığını sübut etməyə və onu həbsxanadan qaçırmağa çalışarkən istintaqı aparan komissar da həqiqətin arxasınca düşür.
İlk beş seriyasını Serdar Işıkın çəkdiyi serialda daha sonra rejissorluq kreslosuna Ali Bilgin keçdi; musiqilərini isə Toygar Işıklı bəstələdi. Baş rollarını Tuba Büyüküstün və İlker Aksumun bölüşdüyü layihə, 30 seriya olaraq planlaşdırılmasına baxmayaraq 25-ci seriyası ilə final etdi və yayında olduğu ilk iki ay ərzində 30 ölkəyə satıldı.
| Prodüser şirkəti | Ay Yapım |
|---|---|
| Şəbəkə | Star TV |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.









Şərhlər (0)