Çıldıran Baba

Film · 1950 · 1 nəfər

Çıldıran Baba ssenarisini yazdığı, quruluşçu rejissoru olduğu və Ülkü Film adından prodüseri kimi çıxış etdiyi Vedat Örfi Bengünün 1950-ci il istehsalı Türkiyə dram filmidir. Filmin quruluşçu operatoru Cezmi Ar olmuşdur.

Film yaşlı bir həkimin evdən uzaqda olduğu vaxt həyat yoldaşının zorlanması ilə başlayır. Qısqanc ərindən çəkinən qadın başına gələnləri gizlədir və bu hadisədən sonra bir qız uşağı dünyaya gəlir. İllər sonra təcavüzkarın ölümündən sonra qoyub getdiyi miras həqiqətin üzə çıxmasına səbəb olur; həkim həyat yoldaşını öldürdükdən sonra öz canına qəsd edir.

Filmin aktyor heyətində Ülkü Bengü, Vedat Örfi Bengü, Nebahat Erdura, Ayşe Güzel, Kemal Tanrıöver, Kudret Şandra, Ali Küçük, Emel Aynur və Sıdıka Cankat yer alır.

RejissorVedat Örfi Bengü

Aktyor heyəti

Şərhlər (0)