Hababam Sinfi Sinifdə Qaldı (Hababam Sınıfı Sınıfta Kaldı) (tərcümə)
Hababam Sınıfı Sınıfta Kaldı, Arzu Film istehsalı 1976-cı il tarixli bir türk komediya filmidir. Rıfat Ilgazın eyniadlı əsərindən Sadık Şendilin uyğunlaşdırdığı əsərin rejissorluğunu və prodüserliyini Ertem Eğilmez öz üzərinə götürmüşdür. Hababam Sınıfı seriyasının ikinci halqası olan film, seriyanın ən çox gəlir gətirən əsəri olmuşdur.
Melih Kibarın bəstələdiyi musiqiləri ilə 1976-cı ildə Altın Portakal Ən Yaxşı Musiqi Mükafatını qazanan film, heyət baxımından da əhəmiyyət daşıyır: Kemal Sunal, Münir Özkul, Tarık Akan, Halit Akçatepe və Adile Naşit ilk filmdəki rolları ilə geri dönərkən Semra Özdamar Semra Hoca, Şener Şen isə Badi Ekrem rolu ilə heyətə qoşulur. Əsər, Kemal Sunal ilə Şener Şeni ilk dəfə bir araya gətirən və Tarık Akanın yer aldığı son Hababam filmi kimi xatırlanır.
| Rejissor | Ertem Eğilmez |
|---|---|
| Prodüser şirkəti | Arzu Film |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Aktyor heyəti
Adile Naşit
Hafize Ana
Halit Akçatepe
Güdük Necmi
Kemal Sunal
İnek Şaban
Münir Özkul
Kel Mahmut
Semra Özdamar
Semra Hoca
Şener Şen
Badi Ekrem
Tarık Akan
Damat Ferit
Muharrem Gürses
Okul Müdürü Muharrem Gür
Leman Akçatepe
Damat Ferit'in Annesi
Ünal Gürel
Ekrem Dümer
Bürokrat
Mümtaz Ener
Gazanfer Özcan
Sıtkı Akçatepe
Paşa Nuri
Tuncay Akça
Bacaksız 










Şərhlər