Təkərli Bəla (Kara Bela) (tərcümə)
Burak Aksakın yazıb çəkdiyi Kara Bela, 2015-ci il istehsalı türk komediya-macəra filmidir. Prodüserliyini BKM Filmin, yayımını Mars Entertainment Groupun üzərinə götürdüyü film 18 sentyabr 2015-ci ildə nümayişə çıxdı və 100 dəqiqə davam edir. Çəkilişləri İstanbul, Adana və Gaziantepdə aparılan filmin Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında təxminən beş min biletli tamaşaçının iştirak etdiyi ictimai premyerası türk kino tarixində bir ilk kimi qiymətləndirildi.
Hekayə həyatını həmişə başqalarının qaydalarına görə yaşayan Kudretin nizamının sürpriz hadisələrlə alt-üst olmasını nəql edir. Gördüyü bir yuxunun təsiri ilə çox sevdiyi avtomobilinə minib Antepə doğru yola çıxan Kudret yolculuq boyunca yeni dostlar qazanır; yüzlərlə kilometrin sonunda həm dostluğun dəyərini, həm də qaydasız həyatın zövqünü kəşf edir. Baş rolları Cengiz Bozkurt, Seda Bakan və Erkan Kolçak Köstendil bölüşərkən Tarık Ünlüoğlu, Hasibe Eren və Cihan Ercan kimi adlar da heyətdə yer alır.
| Rejissor | Burak Aksak |
|---|---|
| Prodüser şirkəti | BKM Film |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.












Şərhlər (0)