Platon Akademiyası (Plato's Academy) (tərcümə)
“Plato's Academy” (Akadimia Platonos), Filippos Tsitosun rejissorluq etdiyi və ssenarisini Alexis Kardaras ilə birlikdə yazdığı 2009-cu il tarixli yunan-alman birgə istehsalı olan komediya-dramdır. Thanassis Karathanosun prodüserliyini öz üzərinə götürdüyü, musiqisini Nikos Kypourgosun hazırladığı film ZDF və ARTE əməkdaşlığı ilə çəkilmişdir. Baş roldakı Antonis Kafetzopoulosa Anastas Kozdine, Titika Saringouli, Giorgos Souxes, Kostas Koronaios, Panayiotis Stamatakis və Maria Zorba yoldaşlıq edir.
Film, Afinanın kiçik bir məhəlləsində həyat yoldaşı tərəfindən tərk edilən və yaşlı anasına baxan Stavrosun hekayəsini nəql edir. Gününü dükanında dostları ilə keçirən Stavrosun həyatı, anasının öz doğma anası olduğunu iddia edən bir albanın ortaya çıxması ilə alt-üst olur. Dünya premyerasını 2009-cu il Locarno Festivalında keçirən film Kafetzopoulosa Gümüş Leopard mükafatı qazandırmış, 2010-cu ildə Lux mükafatının finalçıları arasına girmişdir. Tənqidçilərin fikirləri bölünmüşdür; bəzi tənqidçilər çoxmədəniyyətli cəmiyyətə dair humanist müşahidələrini tərifləyərkən, bəziləri zəif bir komediya tapmışdır.
| Rejissor | Filippos Tsitos |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.

Şərhlər (0)