Sərvət (Servet) (tərcümə)
Servet, 2018-ci ildə Show TV-də yayımlanmış türk istehsalı dram serialıdır. Ortaks Yapım'ın üzərinə götürdüyü serialın ssenarisini Murat Boyacıoğlu yazmış, rejissor kürsüsünə Emir Khalilzadeh oturmuşdur. Baş rollarda Yusuf Çim (Can Yiğit) və Bahar Şahin (Ferah Feza) yer almış; heyətdə həmçinin Hafsanur Sancaktutan, Kanbolat Görkem Arslan (Yener Fettah) və Evren Duyal olmuşdur.
Serial, hamının arxasınca qaçdığı sərvətin ortasında yaşıllaşan bir sevgi hekayəsini danışır. On səkkiz yaşını doldurduğu üçün yurtdan ayrılmaq məcburiyyətində qalan Ferah Feza, xəbərsiz olaraq böyük və varlı bir ailənin üzvüdür. Kiçik yaşda valideynlərini itirən 29 yaşlı Can Yiğit isə ölkənin aparıcı iş adamlarından birinin qanadları altında böyümüşdür. İkilik, bölüşülə bilməyən nəhəng bir sərvət uğrunda verilən mübarizənin tam ortasında qalır.
12 aprel 2018-ci ildə ekrana gələn film gözlədiyi tamaşaçı marağını qazana bilməmiş və 3 may 2018-ci ildə yayımlanan 4-cü bölümü ilə final edərək qısaömürlü seriallar sırasına qatılmışdır.
| Rejissor | Emir Khalilzadeh |
|---|---|
| Prodüser şirkəti | Ortaks Yapım |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)