Kosmik Qüvvələr 2911 (Uzay Kuvvetleri 2911) (tərcümə)
Uzay Kuvvetleri 2911, rejissorluğunu Şahin Derunun öz üzərinə götürdüyü, türk dilində çəkilmiş üç ölçülü türk animasiya-macəra filmidir. 91 dəqiqəlik layihənin hekayəsi Kapitan Murat komandanlığındakı Savarona Kosmik Gəmisinin Albatros Kosmik Stansiyasından ayrılaraq Doqquzuncu Sektor adı verilən kəşf edilməmiş bir dumanlığa qaz və hissəcik nümunələri toplamaq üçün yola çıxması ilə başlayır. Adi görünən tapşırıq qısa müddətdə ekipajı ölüm təhlükəsi ilə üz-üzə qoyur və bəşəriyyətin varlığını təhdid edən bir miqyasa çatır.
Film 16 may 2014-cü ildə nümayişə çıxmasına baxmayaraq Soma faciəsi əsas gətirilərək dörd gün sonra nümayişdən çıxarılmış, 6 mart 2015-ci ildə Uzay Kuvvetleri 2911: Murat Kaptan adı ilə yenidən nümayişə çıxmışdır. Daha sonra hüquqları Amerika şirkəti Tricoast Studiosa satılan layihə mətbuatda sərt tənqidlərlə qarşılanmış; cinsiyyətçi və irqçi ifadələr ehtiva etdiyi irəli sürülmüş, kassa göstəricilərini paylaşmayan istehsalçıya etiraz olunmuşdur.
| Rejissor | Şahin Derun |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)