Serkan Ercan
Actor · 50 yaşında
Profil
| Yaş | 50 yaşında |
|---|---|
| Doğum tarixi | 19 sentyabr 1975 |
| Doğum yeri | İstanbul |
| Peşə | Actor |
Serkan Ercan — Tərcümeyi-hal
Serkan Ercan (13 sentyabr 1975-ci ildə İstanbulda anadan olub) — türkiyəli kino və teatr aktyoru və televiziya aparıcısı.
O, aktyorluqla orta məktəb illərində tanış olub. İlk səhnə təcrübəsini Haldun Tanerin "Ayışığında Şamata" (Ay İşığında Xaos) pyesi ilə alıb. Liseyin sonuncu ilində "bədən, mətn və teatr" mövzusunda müxtəlif seminarlarda iştirak edib. 1993-cü ildə Pera Fine Arts-a daxil olub və orada "səhnə və diksiya" dərsləri alıb. Hələ bu məktəbdə ikinci kursda oxuyarkən konservatoriyaya qəbul imtahanından keçib və 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasına daxil olub. Kino karyerasına 2001-ci ildə "Şellale" (Şəlalə) filmi ilə başlayıb. 2008-ci ildə "Gölge" (Kölgə) filmindəki roluna görə Adana Qızıl Koza Film Festivalında Ən Yaxşı İkinci Dərəcəli Kişi Aktyor mükafatını, 2010-cu ildə isə "Gişe Memuru" (Bilet Satıcısı) filmindəki roluna görə Antalya Qızıl Portağal Film Festivalında Ən Yaxşı Aktyor mükafatını qazanıb. İz TV-də "Gidiş Dönüş" verilişinin aparıcısıdır.
Şərhlər (0)