Atatürk 1881-1919
Atatürk 1881-1919, Mehmet Ada Öztekinin rejissorluq etdiyi, Necati Şahinin ssenarisini yazdığı iki bölümlük Türk tarixi bioqrafik filmdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün gənclik illərini və hərbi karyerasının ilk dövrünü mövzu edən layihənin baş rolunda Aras Bulut İynemli yer almaqdadır, ona geniş yardımçı aktyor heyəti yoldaşlıq etməkdədir. İcraçı prodüserliyini Saner Ayar və Cengiz Çağatayın öz üzərinə götürdüyü filmin istehsal şirkəti O3 Medyadır.
Layihə əvvəlcə Disney+ üçün altı bölümlük serial kimi nəzərdə tutulmuş, lakin daha sonra iki kino filminə çevrilmişdir. İlk bölüm, cümhuriyyətin yüzüncü ilində, 29 oktyabr 2023-cü ildə FOX kanalında televiziyada göstərildikdən sonra 3 noyabr 2023-cü ildə Türkiyədə kinoteatrlarda nümayişə çıxmışdır. Atatürk II 1881-1919 adını daşıyan davam filmi isə 5 yanvar 2024-cü ildə nümayişə təqdim edilmiş, hər iki bölüm daha sonra Amazon Prime Video-da yayımlanmışdır.
| Rejissor | Mehmet Ada Öztekin |
|---|---|
| Prodüser şirkəti | O3 Medya |
| Şəbəkə | Disney+, NOW |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.













Şərhlər (0)