Mənə Bir Soyğun Yaz (Bana Bir Soygun Yaz) (tərcümə)
Bana Bir Soygun Yaz, Biray Dalkıranın çəkdiyi 2012-ci il istehsalı bir Türk komediya filmidir. Hekayə, başına heç gözləmədiyi işlər açılan Onur adlı bir gəncin ətrafında inkişaf edir. Onur, etdiyi bir səyahətin sonunda birinə təhvil verilmək üçün əmanət bir qutu alır; ancaq elə həmin gün sevgilisi Leyla, aldadıldığını zənn edərək qəzəblə Onurun bütün əşyalarının üzərinə benzin tökib yandırır və əmanət qutu da alovların arasında yox olur. Qutunun içində nə olduğunu çox gec və acı şəkildə öyrənən Onur, əmanətin dəyərini geri ödəyə bilmək üçün çarəsizlikdən dostlarını da işin içinə çəkən bir soyğun planı hazırlamağa qədər gedən bir çıxılmaza sürüklənir.
Baş roldəki Hakan Yılmaza Mehmet Özgür, Sera Tokdemir və Umut Oğuz müşayiət edir.
| Rejissor | Biray Dalkıran |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.






Şərhlər (0)