Çalıkuşu
Çalıkuşu, Reşat Nuri Güntekinin 1922-ci il tarixli eyniadlı romanının üçüncü ekran adaptasiyası olaraq Tims&B Productions imzası ilə hazırlanan və 2013-2014-cü illərdə Kanal D-də yayımlanan türk dram serialıdır. Rejissorluğunu Çağan Irmak üzərinə götürərkən baş rolları Fahriye Evcen ilə Burak Özçivit paylaşmışdır.
Serial, balaca yaşda yetim qalan və yatılı məktəbdə böyüyən idealist gənc qadın Feride ilə əmisi oğlu Kâmran arasındakı məhəbbəti, Feridenin ardınca Anadoluda müəllimlik edərkən yaşadıqları ilə birlikdə danışır. 30-cu bölümü ilə final edən serial, Esin Enginin 1986-cı il adaptasiyası üçün bəstələdiyi titul musiqisini yeni aranjımanla istifadə etmiş; Serbiya, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstan kimi ölkələrə də satılmışdır.
| Rejissor | Çağan Irmak |
|---|---|
| Şəbəkə | Kanal D |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.














Şərhlər (0)