Dil Dhadakne Do
Google Images

Dil Dhadakne Do

Film · 2015 · 1 nəfər

Dil Dhadakne Do, Zoya Akhtarın çəkdiyi 2015-ci il istehsalı hind dilində ailə komediya-dram filmidir. Ritesh Sidhwani və Farhan Akhtarın Excel Entertainment şirkəti çərçivəsində istehsalçılığını öz üzərinə götürdüyü filmin ssenarisi Akhtar ilə uzunömürlü iş yoldaşı Reema Kagtiyə, dialoqları isə Farhan Akhtara aiddir. Film 30-cu evlilik ildönümünü qeyd etmək üçün ailələrini və dostlarını on günlük Aralıq dənizi gəmi səyahətinə çıxaran, kənardan qüsursuz görünən, lakin daxildə çatlamaqda olan Mehra ailəsinin hekayəsini danışır.

Anil Kapoor, Shefali Shah, Priyanka Chopra, Ranveer Singh, Anushka Sharma və Farhan Akhtarın rol aldığı filmdə Aamir Khan da kadrarxası povestlə yer alır. Çəkilişlər Aralıq dənizində üzən bir sərnişin gəmisində və Fransa, İspaniya, İtaliya, Tunis ilə Türkiyədə aparılmışdır. Musiqilərini Shankar–Ehsaan–Loyun bəstələdiyi film 5 iyun 2015-ci ildə nümayişə çıxmış, aktyor ifaları ilə təqdir toplamış və kassada uğurlu olmuşdur.

RejissorZoya Akhtar
Prodüser şirkətiExcel Entertainment
Dil Dhadakne Do Dil Dhadakne Do Dil Dhadakne Do Dil Dhadakne Do

Reaksiyalar

Ən çoxu 3 reaksiya seçə bilərsiniz.

Aktyor heyəti

Rəylər (0)

Giriş Rəy yazmaq üçün daxil olun.

Şərhlər (0)