Ela sti thesi mou
Ela sti thesi mou (Έλα στη θέση μου), Giorgos Kritikos tərəfindən yaradılan və Yunanıstanda Alpha TV ekranlarında yayımlanan gündəlik komediya serialıdır. Serial 3 oktyabr 2016-cı ildə başlayıb 9 iyul 2021-ci ildə final edərək beş mövsüm ərzində ümumilikdə 934 seriya ilə tamaşaçıların qarşısına çıxmışdır. Prodüserliyini J.K. Productions öhdəsinə götürmüş, rejissorluğunu isə dövr-dövr Giannis Vasiliadis, Spiros Rasidakis, Vasilis Tselemegkos, Fay Tsanetopoulou və Georgia Zisi etmişdir.
Serialın əsas süjeti 2007-2008-ci illərdə Caracol Televisiónda yayımlanan Kolumbiya istehsalı Nuevo Rico Nuevo Pobre telenovelasına əsaslanır. Fərqli ictimai təbəqələrdən olan Vlasis Kalaitzis və Achilleas Sofokleous adlı iki kişi doğulduqları gün səhvən ailələrinin dəyişdirildiyini öyrənir və bu yeni həqiqətə uyğunlaşmağa çalışır. Heyətdə Giannis Tsimitselis, Marinos Konsolos və Andon Kafecopulos kimi adlar yer alır.
| Rejissor | GIannis Vasiliadis, Spiros Rasidakis |
|---|---|
| Prodüser şirkəti | J.K. Productions |
| Şəbəkə | Alpha TV |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Şərhlər (0)