Öğretmen
YouTube

Müəllim (Öğretmen) (tərcümə)

TV Serialı · 2020 · 2 nəfər

Öğretmen, 2020-ci il istehsalı Türk televiziya serialıdır. Medyapım və MF Yapımın birgə istehsalı olan serial yapon serialı Mr. Hiiragi's Homeroomdan uyğunlaşdırılıb. Rejissorluğunu Koray Kerimoğlunun öz üzərinə götürdüyü işin ssenarisini Merve Girgin qələmə alıb. Gənclik, dram və psixoloji triller ünsürlərini bir araya gətirən serialın ilk seriyası 4 Mart 2020-ci ildə Foxda yayımlanıb.

Hekayə fizika müəllimi Akif Erdemin (İlker Kaleli) şagirdi Rüyanın ölümünün arxasındakı həqiqəti üzə çıxarmaq üçün son sinif şagirdlərini məktəbdə girov götürməsini mövzu edir. Şagirdlərini zamanla sorğu-sual edən Akif, hər birinin bu faciədəki payını üzə çıxarmağa çalışır. Ceren Morayın canlandırdığı müəllimə Zeyneplə yanaşı Serhat Kılıç, Serkan Keskin və Şerif Erol da əsas rollərdə yer alır. Şagird heyətində isə Mert Ramazan Demir, Afra Saraçoğlu, Elif Ceren Balıkçı və Efekan Can kimi gənc adlar var.

Çəkilişlərə pandemiya səbəbindən fasilə verən serial 15 Noyabr 2020-ci ildə ekrana gələn doqquzuncu seriyası ilə final edib.

RejissorKoray Kerimoğlu
Prodüser şirkətiMedyapım, MF Yapım
ŞəbəkəFox
Müəllim (Öğretmen) Müəllim (Öğretmen) Müəllim (Öğretmen) Müəllim (Öğretmen)

Reaksiyalar

Ən çoxu 3 reaksiya seçə bilərsiniz.

Aktyor heyəti

Rəylər (0)

Giriş Rəy yazmaq üçün daxil olun.

Şərhlər (0)