Şafak Bekçileri
Şafak Bekçileri 1963-cü il istehsalı Türkiyə dram filmidir. Quruluşçu rejissoru Halit Refiğ, ssenari müəllifi isə Bülent Orandır. Filmin prodüseri, baş rolda baş leytenant Göksel Akıncı obrazını canlandıran Göksel Arsoy olmuşdur. 14 oktyabr 1963-cü ildə ekranlara çıxan istehsalın aktyor heyətində Leyla Sayar, Nilüfer Aydan, Ekrem Bora, Ahmet Tarık Tekçe, Hüseyin Baradan, Mümtaz Ener və Sami Hazinses kimi adlar yer almışdır.
Filmin ssenarisi ilk mərhələdə baş leytenant pilotun qızlarla öpüşməsi əsas gətirilərək Senzura Şurası tərəfindən rədd edilmiş; ssenari sonradan Hava Qüvvələri Komandanı İrfan Tanselin araya girməsi ilə qəbul olunmuşdur.
| Rejissor | Halit Refiğ |
|---|
Şərhlər (0)