Fərqli Dünyalar (Worlds Apart) (tərcümə)
Christoforos Papakaliatisin yazıb rejissorluğunu etdiyi 2015-ci il istehsalı Yunan drama filmi Worlds Apart (yunanca: Ένας Άλλος Κόσμος), rejissorun An... adlı filmindən sonra ikinci tammetrajlı işidir. Prodüserliyini Plus Productionsın öhdəsinə götürdüyü film, Village Film distribusiyası ilə 17 dekabr 2015-ci ildə Yunanıstanda nümayişə girdi. Ortaq mövzusu sevgi olan üç ayrı hekayəni nəql edən istehsal, hər hekayədə müxtəlif nəsillərdən bir yunan ilə bir əcnəbi arasındakı münasibəti, Avropanı bürüyən iqtisadi və ictimai böhran şəraitində ələ alır; əvvəlcə müstəqil görünən bu nəqllər filmin sonunda bir-birinə bağlanır. Heyətdə Oscar və Qızıl Qlobus mükafatlı J. K. Simmonsın yanı sıra Papakaliatis, Maria Kavoyianni, Minas Chatzisavvas, Andrea Osvárt, Tawfeek Barhom və Niki Vakali rol alır.
| Rejissor | Christoforos Papakaliatis |
|---|---|
| Prodüser şirkəti | Plus Productions |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)