Hakan Yakın
Association-football-player · 49 yaşında
Profil
| Yaş | 49 yaşında |
|---|---|
| Doğum tarixi | 22 fevral 1977 |
| Doğum yeri | Basel |
| Peşə | Association-football-player, Association-football-coach |
| Height | 1.80 m |
| Zodiac sign | Pisces |
Hakan Yakın — Tərcümeyi-hal
Hakan Yakın (d. 22 fevral 1977, Bazel) türk əsilli isveçrəli keçmiş futbolçudur. İsveçrədən kənar futbolçuluq karyerasında Paris Saint-Germainda heç oynamayıb və bir oyun belə keçirmədən göndərilib, Ştutqartda 9 liqa və iki kubok olmaqla ümumilikdə 11 dəfə meydana çıxıb, lakin qol vura bilməyib, Qalatasarayda isə cəmi 2 oyun oynayıb, Al-Gharafa komandasında isə 15 oyun oynayıb və 5 qol vurub. İsveçrə Promotion Liqası komandalarından FC Schaffhausen-i çalışdırır.
Hakan 50-yə yaxın qarşılaşmada İsveçrə milli futbol komandasının formasını geyinərkən Avro 2004-də də milli komandanın heyətində yer alıb. Murat Yakının qardaşıdır. İsveçrə mətbuatında da Hakan Yakın seçmə oyunçulardandır. Gənclik illərində İsveçrədə keçirilən bir sorğuda ən yaxşı gənc futbolçu seçilib. 2008 Avropa Futbol Çempionatı A Qrupunun 2-ci oyununda İsveçrə ilə Türkiyə arasında oynanan qrup oyununda komandasının ilk və yeganə qolunu vurub. Qolun asistini digər bir türk əsilli oyunçu Eren Derdiyok edib. Avro 2008-dəki Portuqaliya-İsveçrə qarşılaşmasında isə 2 qol vurub və oyunun oyunçusu seçilərək Avro 2008-də yaxşı təəssürat qoyub. Ayrıca 2008 Avropa Futbol Çempionatında İsveçrənin bütün qollarını Hakan Yakın vurub.
Şərhlər (0)