Kəffarə (Kefaret (dizi)) (tərcümə)
Kefaret, 25 Film istehsalı olan dram janrında Türk televiziya serialıdır. Rejissorluğunu Mesude Erarslanın üstləndiyi, ssenarisini Mahinur Ergunun yazdığı serial Zülfü Livanelinin Konstantiniyye Oteli adlı romanından uyğunlaşdırılmışdır. İlk seriyası 22 Noyabr 2020-ci ildə yayımlanan serial, 29 İyul 2021-ci ildə yayımlanan 35-ci seriyası ilə bir mövsümdən sonra final vermişdir.
Hekayə musiqi müəlliməsi Zeynepin həkim həyat yoldaşı Ahmet və iki kiçik uşağı ilə yeni təyin olunduqları qəsəbədəki gözəl evlərinə köçdükdən sonra beş il ərzində hər şeyini itirməsindən bəhs edir. Zeynepin yanından heç vaxt ayrılmayan Komissar Sinan isə ona duyduğu böyük eşq üzündən işini itirmişdir. Zeynep itirdiklərini geri qaytarmaq üçün son bir yol sınayır və Sinanla əl-ələ verərək hər şeyi bir-bir geri qazanmağa çalışır. Baş rolları Nurgül Yeşilçay, Mert Fırat və Yurdaer Okur bölüşürlər.
| Rejissor | Mesude Erarslan |
|---|---|
| Prodüser şirkəti | 25 Film |
| Şəbəkə | NOW |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.







Şərhlər (0)