Mən O Deyiləm (Ben O Değilim) (tərcümə)
Tayfun Pirselimoğlunun yazıb rejissorluq etdiyi 2013-cü il istehsalı Ben O Değilim kimlik və tənhalıq mövzuları ətrafında hörülən Türk dramıdır. Bir xəstəxana yeməkxanasında işləyən ortayaşlı, subay Nihatın yeknəsək həyatı işə yeni başlayan iş yoldaşı Ayşenin ona gözlənilməz maraq göstərməsi ilə sarsılır. Ayşenin onu evinə yeməyə dəvət etdiyi axşam gördüyü toy şəkli hər şeyi dəyişir: Ayşenin həbsxanadakı əri Nihata əkizi qədər bənzəyir. Bu qəribə təsadüf Nihatı adi həyatından uzaqlaşdırıb təsəvvür edə bilməyəcəyi bir dəyişikliyə sürükləyən doppelgänger hekayəsinin qapısını aralayır.
Baş rollarını Ercan Kesal və Maryam Zaree-nin bölüşdüyü 125 dəqiqəlik filmin çəkilişləri əsasən İzmirdə həyata keçirilmişdir. Pirselimoğlunun altıncı tammetrajlı işi olan film 33-cü İstanbul Kinofestivalında İlin Ən Yaxşı Türk Filmi Mükafatına layiq görülmüşdür. Film beynəlxalq arenada I Am Not Him adı ilə nümayiş olunmuşdur.
| Rejissor | Tayfun Pirselimoğlu |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.








Şərhlər (0)