Rəngsiz Yuxu (Renksiz Rüya) (tərcümə)
Renksiz Rüya, 2018-ci il istehsalı türk dram filmidir. Rejissorluğunu və ssenarisini Mehmet Ali Konarın öz üzərinə götürdüyü, Zerr Film tərəfindən reallaşdırılan film təxminən 77 dəqiqə davam edir. Bəzi mənbələrdə filmin dilləri türk və kürd dili kimi keçsə də, digər mənbələrə görə film əsasən zaza dilində çəkilmiş və türk dilində altyazı ilə nümayişə təqdim olunmuşdur; mənbələr bu məqamda tam üst-üstə düşməsə də film zaza dilində peşəkar şəkildə çəkilən ilk uzunmetrajlı filmlərdən biri kimi xatırlanır. Filmin aktyor heyətində Civan Güney Tunç, Bilâl Bulut, Orhan Alıcı və Cuma Karaaslan kimi adlar yer alır.
Renksiz Rüya, 29-cu Ankara Uluslararası Film Festivalında (19-29 aprel 2018) Ən Yaxşı Film daxil olmaqla altı nominasiyada mükafat qazanmış, 37-ci Uluslararası İstanbul Film Festivalında (6-17 aprel 2018) isə fəxri qeyd mükafatının sahibi olmuşdur.
| Rejissor | Mehmet Ali Konar |
|---|---|
| Prodüser şirkəti | Zerr Film |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)