Yeni başlayanlar üçün türkcə (Türkisch für Anfänger) (tərcümə)
Türkisch für Anfänger (türkcə: Yeni Başlayanlar İçin Türkçe), Bora Dağtekin tərəfindən yaradılan, Almaniyanın ARD telekanalının Das Erste kanalında 14 mart 2006-cı il ilə 12 dekabr 2008-ci il arasında yayımlanan komediya-dram janrında alman televiziya serialıdır. Prodüserliyini Hoffmann & Voges şirkətinin üstləndiyi serial, hər biri təxminən 25 dəqiqəlik 52 seriyadan ibarət üç mövsüm davam etmişdir.
Berlində keçən serial, iki uşaqlı alman ana ilə polis məmuru olan iki uşaqlı dul türk atanın eyni evdə yaşamağa qərar verməsi ilə qurulan Schneider-Öztürk ailəsinin gündəlik həyatından bəhs edir; hadisələr ailənin böyük qızı və serialın rəvayətçisi Lenanın gözü ilə təqdim olunur. Ata Metini saytımızda qeydiyyatda olan aktyorlardan Adnan Maral canlandırır, heyətdə isə Josefine Preuß, Elyas M'Barek və Pegah Ferydoni kimi adlar yer alır.
Serial 70-ə yaxın ölkədə ekranlara gəlmiş, İsveçdə bəzi məktəblərdə alman dili dərslərində istifadə edilmiş, Türkiyədə isə bir müddət Turkish for Beginners adı ilə MTV Türkiye-də yayımlanmışdır. 2012-ci ildə serialın aktyorlarının da iştirak etdiyi və serialın əsas ideyasına sərbəst şəkildə əsaslanan eyniadlı bədii film nümayişə çıxmışdır.
| Prodüser şirkəti | Hoffmann & Voges |
|---|---|
| Şəbəkə | Das Erste |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)